Продаётся 9-комн. дом/дача 550 м², пос. Бадамдар
🏡 SATILIR: Badamdarın 3-cü massivində dəniz panoramalı, premium səviyyədə villa 🌊
Bakı şəhərinin ən təmiz havası və sakit atmosferi ilə seçilən Badamdar qəsəbəsinin 3-cü massivində, su anbarının yaxınlığında yerləşən lüks villa satışa çıxarılıb.
Ümumi sahəsi 550 m², torpaq sahəsi 2.5 sot olan bu 2 mərtəbəli + mansardlı villa monolit beton konstruksiya ilə inşa edilib — möhkəm və uzunömürlü tikilidir. 💎
Torpaq sahəsinin çıxarışı (kupçası) mövcuddur.
📐 Planlaşdırma:
🔹 Zirzəmi: 4 otaq, sauna, sanitar qovşaq
🔹 1-ci mərtəbə: geniş zal, mətbəx, camaşırxana, sanitar qovşaq
🔹 2-ci mərtəbə: 4 yataq otağı və sanitar qovşaq
🔹 Mansard: geniş terasa və dənizə açılan panoramik mənzərə 🌅
Ev tam əşyalı satılır və təmir zamanı yalnız keyfiyyətli, bahalı materiallardan istifadə olunub. Daxili interyer zövqlə dizayn edilib, geniş və işıqlıdır.
🏖️ Həyətində manqalxana, rahat istirahət zonası və geniş terasa mövcuddur. Ətraf sakit, havası təmiz, dəniz mənzərəsi isə bu villaya xüsusi dəyər qatır. 🌿
✨ Rahatlıq, keyfiyyət və prestiji bir arada axtaranlar üçün ideal seçim!




















































































































































































































