Продаётся объект 41 м², м. Элмляр Академиясы
Elmlər Akademiyası və İnşaatçılar metrolarına çox yaxın məsafədə, Musabəyov heykəlinin arxasında, Mirəli Seyidov küçəsində — 68 nömrəli körpələr evinin yaxınlığında yerləşən, mərkəzi və işlək ərazidə yerləşən obyekt satışa çıxarılıb.
Obyekt 5 mərtəbəli binanın 0 mərtəbəsində yerləşir, ümumi sahəsi 41 kvadratmetrdir. Qeyri-yaşayış təyinatlıdır və çıxarış kupçası mövcuddur. Obyekt tam təmirlidir, kommunikasiya xətləri — su, işıq və kanalizasiya sistemi tam şəkildə mövcuddur. Giriş birbaşa küçə tərəfdəndir,bu da obyektin görünürlüğünü artırır və müxtəlif biznes fəaliyyətləri üçün əlverişli şərait yaradır.
Hazırda obyekt şirniyyat sexi kimi fəaliyyət göstərir və aylıq 500 manat icarə haqqı ilə icarədədir. Yeni sahib üçün həm hazır gəlir mənbəyi kimi, həm də istənilən sahədə fəaliyyət göstərmək üçün ideal seçimdir.
Ərazi baxımından çox üstün yerdə yerləşir — yaxınlıqda məktəblər, uşaq bağçaları, supermarketlər, apteklər və Musabəyov parkı kimi tanınmış obyektlər mövcuddur. Ətrafda insanların sıx hərəkəti və rahat nəqliyyat çıxışı bu obyekti daha da cəlbedici edir.
Obyekt çox təcili olaraq dəyərindən aşağı qiymətə satılır.
Əlavə məlumat və suallar üçün əlaqə saxlaya bilərsiniz.



































































































































































































