Сдаётся 3-комн. новостройка 160 м², м. Гянджлик
Zooparkın yaxınlığında yerləşən, şəhərə və yaşıllıqlara açılan möhtəşəm panoramalı mənzərəli, müasir premium yaşayış kompleksində 3 otaqlı tam əşyalı mənzil kirayə verilir.
Kompleks “28 May” və “Gənclik” metro stansiyalarına cəmi 15 dəqiqəlik piyada (1 avtobus dayanacağı) məsafədə yerləşir.
Mənzil 17 mərtəbəli binanın 12-ci mərtəbəsindədir və 150 m²-dən çox geniş sahəyə malikdir. Studia tipli mətbəx, işıqlı və geniş otaqlar, ortopedik king size yataq, yüksək keyfiyyətli mebellər və lazımi bütün məişət texnikası ilə tam təmin edilib.
Mənzildə:
Kombi istilik sistemi
2 ədəd Mitsubishi kondisioneri
2 sanitar qovşaq
Ayrı qarderob otağı
mövcuddur.
Kompleks 24/7 mühafizə olunur, həyətində parklar və ailələr üçün ideal istirahət zonaları yerləşir. Blokda yeni sərnişin lifti fəaliyyət göstərir.
Komendant pulu əlavə 50 manatdır.















































































































