Продаётся 5-комн. дом/дача 130 м², пос. Бузовна
Salam, şəxsi yaşamaq üçün keyfiyyətli tikilmiş və təmir olunmuş bağ evi satılır. Daimi yaşamaq üçün bütün şərait var (qaz, işıq, internet, 62 metr qazılmış daimi şirin suyu olan quyu var.). İstilik sistemi kombidir. Bütün mebelləri ilə birlikdə satılır, evə uyğun ölçülərdə yığılıb. Elektronikadan soyuducu, paltaryuyan maşın və kondisioner qalacaq.
Albalı qəsəbəsi Aida parkdan içəridə bağlar olan massivdə yerləşir, evə qədər asfaltdır.
8.5 sot torpaq sahəsi, içdən içə 130 kv mənzil. Torpağın və evin paket kupçası var. Evin fundamenti tam olaraq betonla styaşka olunub.
Həyətdə ard arda 6 maşın saxlamaq üçün yer var və evə və bağa mane olmur.
Ümumilikdə 3 hissəyə bölünüb.
1-ci hissə meyvə ağacları üçün (30-dan çox meyvə ağacı var)
2-ci hissə evin önü dekorativ hissə (qazon, palma və güllər əkilib)
3-cü hissə baseyn və digər əyləncə istirahət üçün nəzərdə tutulub, hələlik boş saxlanılıb.
Evin önündə 40 kv/m yay terrası var və ora uyğun yumşaq mebel yığılıb. Evlə hasar arasında bütün tərəflərində qanuni olaraq 2.5 metr ərazi saxlanılıb.
4 yataq otağı, 1 zal və mətbəx studio tipli, evdə 1 sanuzel, həyətdə 1 sanuzel, xırda əşyalar yığmaq üçün kombi otağı var.
7 kub metrlik daşdan hörülmüş su çəni var.
Satmaq səbəbi iş və məktəblə əlaqəli şəhərə köçmək məqsədilədir və şəhər evi ilə barter də düşünülə bilər.




























































































































